XİN: “AŞ Komissiyasının hesabatı Ermənistanda dövlət səviyyəsində nifrət və dözümsüzlüyün olduğunu təsdiqləyir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyasının Ermənistanla bağlı hesabatı bu ölkədə dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün qızışdırıldığını bir daha sübut edir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tvitterdə yazıb.
“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib. Ermənistanda nifrət nitqinin dayandırılması təşəbbüsü yoxdur; “erməni kimliyinə” istinad çox vaxt nitq və hərəkətlərdə dözümsüzlük, nifrətin qızışdırılması üçün sui-istifadə olunur və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hərtərəfli hüquqi müddəalar yoxdur. Bu, Ermənistanda dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün olduğunu bir daha sübut edir”, - XİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...