Xızıda qarın hündürlüyü 25 sm olub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.
Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.
Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.
İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...