XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək?
Yasamal rayonunda yerləşən və "Şor hamamı" adlandırılan tarixi abidənin söküləcəyi ilə bağlı iddialar yayılıb.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, Mirzə Fətəli Axundzadə küçəsi, 105 ünvanında yerləşən XIX əsrə aid hamam vaxtilə müalicəvi əhəmiyyətli duzlu sudan istifadə olunması ilə tanınıb. Dəri xəstəlikləri və oynaq ağrılarından əziyyət çəkən insanların üz tutduğu bu məkan həm də Bakının tarixi-mədəni irsinin nümunələrindən biridir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vaxtilə hamam insanların tez-tez üz tutduğu məkan olub.
"50-60 il əvvəl evlərdə hamam yox idi. Hamama getmək özü bir ənənə idi. Kişilər və qadınlar üçün ayrı bölmələr vardı. Gecələr də hamamçı işləyirdi", - deyə sakinlərdən biri xatirələrini bölüşüb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən hamam yerli əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır və onun sökülməsindən söhbət gedə bilməz.
Oxşar xəbərlər
Sabahdan bu marşrutun avtobusları YENİLƏNİR
Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir...