Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ

Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ
Sosial 53

Ağıllı saatlardan istifadə zamanı bilək nahiyəsində qızartı, qaşınma və səpkilər yarana bilər. Bunun əsas səbəbləri allergik reaksiya və cihazın dəriyə mexaniki təsiridir.

BAKU.WS xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, dermatoloq Yuliya Qallyamova "Moskva 24" nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, son vaxtlar bəzi istifadəçilərin ağıllı saatlardan sonra dəridə səpkilər, qabıqlanma, qızartı və qaşınma ilə bağlı şikayətləri gündəmə gəlib.

Həkim qeyd edib ki, allergiyanın əsas əlamətlərindən biri cihazın dəri ilə təmas etdiyi sahədən kənarda da qızartı və səpkilərin yaranması, bunun güclü qaşınma ilə müşayiət olunmasıdır. Allergik reaksiyaya saatın korpusunda, qayışında və bərkidici hissələrində istifadə olunan metal ərintiləri, eləcə də yapışdırıcılar və digər kimyəvi maddələr səbəb ola bilər.

Belə hallarda dermatoloq qayışı parça materialdan olan variantla əvəz etməyi, cihazın arxa hissəsini isə xüsusi qoruyucu örtüklə təcrid etməyi tövsiyə edir.

Əgər qızartı və iltihab saatın və ya qayışın formasına uyğun şəkildə yaranırsa, bu, mexaniki təsirlə əlaqəli ola bilər. Qayışın biləyə həddindən artıq sıx bağlanması sürtünməyə səbəb olur. Sensorların dəri ilə fasiləsiz təması isə həmin nahiyədə tərləməni artıra bilər.

Dəri problemlərinin qarşısını almaq üçün həkim ağıllı saatın dəriyə toxunan arxa hissəsini mütəmadi təmizləməyi və dezinfeksiya etməyi, qayışı həddindən artıq sıxmamağı məsləhət görür. Bundan əlavə, cihazı vaxtaşırı çıxarmaq, xüsusilə də yuxu zamanı biləyi saatdan azad etmək tövsiyə olunur. Bu, dərinin bərpasına şərait yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər