Azərbaycanda bu ilin son iki ayında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub
13
okt
2026
12:07
Azərbaycanda cari ilin avqustun 1-dən etibarən sentyabrın 30-dək ümumilikdə 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan uşaq poliklinikalarında, həmçinin regionlarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 65 257 uşağa 90 972 peyvənd vurulub. Qeyd edək ki, peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.
Qalereya
Oxşar xəbərlər
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın14-də 29 dərəcə isti olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadas...