Xırdalanda yeni tikilən bina sakinləri qəzəbləndirib: "Qanuni məsafə saxlanılmır"
Xırdalan şəhəri, Tofiq Hüseynov küçəsində yaşayan sakinlər yaxınlıqda inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı narazılıq edirlər.
Vətəndaşların sözlərinə görə, yeni tikilən 18 mərtəbəli bina fərdi yaşayış evlərinə çox yaxın məsafədə inşa olunur və bu, həm təhlükəsizlik, həm də yaşayış rahatlığı baxımından ciddi problemlər yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Ərazidə yaşayan Eldar Əzizov bildirib ki, evi 2012-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında qanuni şəkildə tikilib.
Onun sözlərinə görə, təxminən iki il əvvəl başlayan tikinti nəticəsində çoxmərtəbəli bina evindən qanuni məsafə saxlanılmadan - cəmi 2.5 metr aralıda ucaldılır.
Sakin iddia edir ki, tikinti işləri səbəbindən evinin arxa hissəsindəki hasar uçmaq təhlükəsi ilə üz-üzədir, ön hissədə isə çatlar əmələ gəlib.
O həmçinin qeyd edib ki, tikinti zamanı yaranan səs-küy və təhlükə səbəbindən nəvələri artıq evdə qala bilmirlər.
"Şikayətimi bildirib deyirəm ki, hasar uça bilər. Cavab verirlər ki, uçanda düzəldərik", - deyə E.Əzizov sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Bakının bir hissəsində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə ha...