Xırdalanda işıq kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Abşeron rayonunun Xırdalan şəhərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "AzərEnerji" ASC-dən bildirilib.
Məlumata əsasən, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisindəki 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator bu gün elektrik şəbəkəsinə qoşulacaq.
Bununla əlaqədar saat 16:30-dan 17:30-a qədər Xırdalanın bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...