Xırdalana metro xətti çəkiləcək? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
"Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil".
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ümumiyyətlə, nəqliyyat problemlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir:
"Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil".
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...