Xırdalan bazarında YOXLAMA
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş Company" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satışı bazarında yoxlama aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı bazarda qida məhsullarının saxlanılması və satışına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib:
"Belə ki, bəzi quş əti və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı, həmçinin mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum olub.
Bununla yanaşı, ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülmədiyi, bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb.
Aşkarlanmış faktlarla bağlı müəssisə rəhbəri barəsində qanunvericiliyə uyğun olaraq inzibati qərar qəbul edilib, bazar isə nəzarətə götürülüb".
Qalereya
Oxşar xəbərlər
Taksi sürücülərindən ŞİKAYƏT: "İki ünvan olanda sifarişi təsdiq etmirlər, avtomobil sürəndə filmə baxırlar"
Şəhər sakinləri taksi xidmətlərindən istifadə zamanı sürücülərin davranışından narazıdırlar. İddialara görə, bəzi taksi sürücüləri sifarişdə iki ünvan göstərild...