Xınalıq və Qrızda 10 santimetrə qədər qar yağıb - 3 dərəcə ŞAXTA VAR
30
okt
2025
12:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Azərtac-a bildirilib.
Qeyd olunub ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimetr qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Qalereya
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...