Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə- Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir.
Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Bakıya yağan qar hərəkəti iflic edib
Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu, İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonu, Səməd bəy Mehmandar...