Xidmət rəisi: Qeyri-rəsmi çalışan şəxslərin əmək stajı sonradan tanınmır
Əmək müqaviləsi olmadan çalışan vətəndaşlar gələcəkdə həmin dövrü əmək stajı kimi rəsmiləşdirə bilməzlər.
BAKU.WS-in məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin fəaliyyətinə həsr olunan mətbuat konfransı zamanı bildirib.
Xidmət rəisi vurğulayıb ki, işçilərin müqaviləsiz şəkildə əmək fəaliyyətinə cəlb olunması qanunvericiliyə ziddir və bu cür hallara görə işəgötürənlər üçün ciddi maliyyə sanksiyaları nəzərdə tutulub.
Onun sözlərinə görə, qeyri-rəsmi işlənmiş müddətin sonradan staj kimi bərpa edilməsi mümkün deyil. Yalnız istisna hallarda müəyyən sübut və sənədlər mövcud olduqda vətəndaş məhkəməyə müraciət edə bilər. Quliyev qeyd edib ki, əmək müqaviləsi bağlandığı halda dövlət həmin hüquqları qoruyur və sığorta mexanizmləri işə düşür.
"Bu səbəbdən həm işəgötürənlər, həm də işçilər əmək münasibətlərinin rəsmi qaydada, müqavilə əsasında qurulmasında maraqlı olmalıdırlar", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda bu il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur
Azərbaycanda cari il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Əmək Müfətt...