Xəzərin suyu adi suya çevrildikdən sonra nədə istifadə olunacaq? - RƏSMİ CAVAB

Xəzərin suyu adi suya çevrildikdən sonra nədə istifadə olunacaq? - RƏSMİ CAVAB
Foto Açıqlama
Sosial 129

"Xəzər dənizinin duzluluğu 11-11.5 q/l-dir. Dəniz suyunun şirin suya çevrilməsi prosesi artıq dünyada tətbiq edilir. Əsasən şirin suyu az olan ölkələrdə müşahidə olunur. Buna misal ərəb ölkələrini göstərmək olar. Bunun üçün texnologiyalar var və tətbiq olunur".

Bu barədə BAKU.WS-in sorğusuna cavavb olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qurumdan həmçinin açıqlanıb ki, şirin suların təmizləmə texnologiyasında ən bahalı duzlu suların təmizlənməsi texnologiyasıdır:

"Şirin suların təmizlənməsindən alınan içməli suyun maya dəyəri bugünkü qiymətlərlə 10 qəpikdən 40 qəpik olduğu halda, dənizin duzlu suyunun şirin suya çevrilməsi texnologiyası bir neçə dəfə bahadır. Bu da kənd təsərrüfatında iqtisadi baxımdan istifadəsi baha başa gəlir əlverişli olmur.

Xəzər dənizi tarixən 15-20 ilə qalxması sonra geri çəkilməsi prosesi baş verir. Xəzər dənizi əsasən Volqa və Ural çaylarından qaynaqlanır. Son illərdə iqlim dəyişikliyi ilə əlaqədar bu çaylarda suların azalması da Xəzərin dənizinin suyunun azalması və səviyyənin düşməsi hesabına xəzər dənizinin sahilində çəkilmələr baş verir.

Xəzər dənizinin suyundan hazırda Azərbaycanda elektrik enerjisi istehsal edən qurğularda soyutma suyu kimi istifadə praktikası var. Belə qurğular inşa ediləndə dənizin çəkilmə proqnozları layihədə nəzərə alınır".

Orxan Hüseyn

Son xəbərlər