Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb
Sosial 139

Xəzərin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərindən dənizə axıdılan tullantı sularının müəyyən olunması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrinə əsasən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, monitorinqlər zamanı Xaçmaz rayonunun sahil zolağında fəaliyyət göstərən “Bulaq" və "Üç Qardaş" istirahət mərkəzlərindən tullantı sularının təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib.

“Eyni zamanda, “Rüfət”, “Dostluq”, “El-Faro”, “Üç Qardaş”, “Yaşıl Ada” ictimai-iaşə obyektlərində və vətəndaş Yusif Abdullayevə məxsus kafedə məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib”, - İdarə rəsmisi qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər