Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - GƏMİLƏRƏ XƏBƏRDARLIQ
14
apr
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.
Məlumata görə, həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi videoçarx hazırlayıb. BAKU.WS xəbər verir ki, videoçarxda 2020-c...