Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - FAKTİKİ HAVA
22
yan
2024
08:51
Yanvarın 22-si saat 08:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Hazırda küləyin sürəti arabir 25-30 metr/saniyəyə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrdir.Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - YENİLƏNİB
Saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib, rayonlara qar və yağış yağıb. BAKU.WS xəbər verir ki, bu barə...