Qusar, Xınalıq, Şahdağa qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Qusar, Xınalıq, Şahdağa qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Sosial 3

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

BAKU.WS xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

***14:36

Saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metrdir.

Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur.

Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir.

Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.

Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...

31 Sosial 16:46 20 aprel 2023

Son xəbərlər