Azərbaycanda bu ərazilərə qar yağıb

Azərbaycanda bu ərazilərə qar yağıb
Sosial 3

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə verilən məlumata görə, düşən yağışın miqdarı: Qrız Qudyalçayda 26.0 mm, Vəlvələçay Təngəaltıda 20.0 mm, Şabran Gilgilçayda 13.0 mm, İsmayıllıda 11.0 mm, Şabranda 10.0 mm, Altıağacda 9.0 mm, Gədəbəy, Xaltanda 8.0 mm, Ləzədə 7.0 mm, Qubada 6.0 mm, Xarmidorçay Xaltanda 5.0 mm, Nabran, Daşkəsən, Qəbələdə 4.0 mm, İsmayıllı, Şamaxı, Göyçay, Qusarda 3.0 mm, Qudyalçay Xınalıq, Kürdəmir, Xaçmaz, Qobustanda 2.0 mm, Şəki, Göygöl, Oğuz, Kişçay (Şəki), Tərtər, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 21.0 mm (aylıq normanın 93%-i), Bakıda 12.0 mm (aylıq normanın 70%-i), Sumqayıtda 8.0 mm (aylıq normanın 44%-i), Pirallahıda 6.0 mm (aylıq normanın 41%-i) olub.

Yağan yağış nəticəsində Şabran-Gilgilçay və Xarmidorçay Xaltan məntəqəsində sululuq artıb.

Qar örtüyünün hündürlüyü: Qar örtüyü əmələ gəlmiş, Qudyalçay Xınalıq, Ləzə məntəqələrində, Gədəbəyin yüksəkliklərinə, Kəpəz və Qoşqar dağlarına, Şahdağa ilk qar yağıb. Şahdağda qarın hündürlüyü 1 sm -ə çatıb.

Külək: Şimal-qərb küləyi arabir Tərtərdə 28 m/s, Ağdamda 26 m/s, Gəncədə 25 m/s, Beyləqan, Göyçay, Naftalanda 24 m/s, Xınalıq, Daşkəsəndə 23 m/s, Bərdə, Xaçmazda 22 m/s, Nabran, Tovuz, Yevlaxda 20 m/s, Mingəçevirdə 18 m/s, Sabirabadda 17 m/s, Lənkəran, Xaltan, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 32 m/s, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Bakı, Pirallahıda 25 m/s, Qum adasında 20 m/s, Sumqayıtda 19 m/s-dək güclənib, Net Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Qeyd: ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.

Oxşar xəbərlər

Son xəbərlər