Xəzərdə böyük buz qalıqlarının yaranmasının səbəbi nədi? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Xəzər dənizində böyük buz qalıqlarının əmələ gəlməsinin səbəbi müasir iqlim dəyişmələridir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, son günlər Rusiyanın Avropa hissəsinin cənubunda kəskin şaxtalar qeydə alınıb və əvvəlcə Azov dənizi, sonra isə Xəzər dənizinin şimalı donmağa başlayıb.
O, Xəzər dənizinin şimal hissəsinin, yəni Çeçen adasından Aktau şəhəri boyunca suların hər il noyabr ayında donmağa başladığını bildirib. Donmaların bəzi hallarda gecikdiyini deyən alim bunun ənənəvi hal olduğunu vurğulayıb.
“Bu il böyük buz qalıqlarının əmələ gəlməsinin səbəbi müasir iqlim dəyişmələridir. İqlim dəyişmələri nəticəsində tez-tez belə şaxtalı halları, yaxud da yayda kəskin isti günləri görmək olacaq. İnsanlar belə ekstremal hallara hazır olmalıdır”.
Oxşar xəbərlər
Avqust ayına olan hava proqnozu açıqlandı
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəc...