Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bu barədə BAKU.WS-ə agentlikdən məlumat verilib.
Xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi videoçarx hazırlayıb. BAKU.WS xəbər verir ki, videoçarxda 2020-c...