Xəzər dənizində seysmik AKTİVLİK ARTIB
Xəzər dənizi seysmoloji cəhətdən aktiv bölgədir və orada vaxtaşırı maqnitudası 3 və ondan böyük olan zəlzələlər baş verir. Xəzər dənizində son vaxtlar seysmik aktivlik artıb və ardıcıl zəlzələlərin baş verməsi də bununla bağlıdır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
"Aprelin 8-də Xəzər dənizində qeydə alınan və maqnitudası 5.3 olan zəlzələ sahilboyu yaşayış məntəqələrində 4-3 bal hiss olunsa da, sonrakı yeraltı təkanların maqnitudası aşağı idi və quru ərazidə hər hansı təsiri olmadı. Həmin zəlzələdən sonra afterşoklar da qeydə alındı. Lakin onlardan cəmi 4-nün maqnitudası 3-dən yuxarı oldu", - deyə V.Rafiqqızı bildirib.
Oxşar xəbərlər
MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI
Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqları...