Xəzər dənizində balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyası keçirilir
İyulun 7-dən Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir.
BAKU.WS bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iyulun 15-nə qədər davam edəcək ekspedisiya çərçivəsində nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları və türkiyəli mütəxəssislər birgə elmi tədqiqatlar aparır.
Tədqiqatlar zamanı balıq nümunələrinin uzunluğu, kütləsi, yaşı və digər bioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, növlərin biometrik ölçüləri götürülür, populyasiyaların bioloji vəziyyəti qiymətləndirilir. Hazırda toplanmış nümunələr və əldə olunan məlumatlar üzərində laborator təhlillər davam etdirilir. Tədqiqatların yekun nəticələri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Ekspedisiyanın əsas məqsədi su bioehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, balıq ehtiyatları üzrə elmi məlumat bazasını zənginləşdirmək və gələcək monitorinq işləri üçün etibarlı elmi göstəricilər əldə etməkdir. Toplanan məlumatlar balıq ehtiyatlarının qorunması, səmərəli idarə olunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində aparılacaq elmi araşdırmalar və idarəetmə qərarları üçün mühüm əhəmiyyət kəsb edəcək.
Qalereya
Oxşar xəbərlər
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər...