Xəyyam Məmmədov: Azərbaycanda daşqın hadisələrinin sayı artıb

Xəyyam Məmmədov: Azərbaycanda daşqın hadisələrinin sayı artıb
Sosial 22

Azərbaycanda daşqın hadisələrinin sayı artıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, quraqlıq, daşqınlar və güclü yağışlar kimi ekstremal hava hadisələri artıq gələcəyin problemi deyil:

"Onlar daha tez-tez baş verir və hər il daha da ciddi xarakter alır. Bu hadisələr infrastruktura ziyan vurur, iqtisadiyyata təsir edir və insanların həyat keyfiyyətini aşağı salır. Su sektoru iqlim dəyişikliklərindən ən çox təsirlənən sahələrdən biridir. Bir çox ölkələr kimi, Azərbaycan da bu sahədə ciddi risklərlə qarşılaşır və buna görə uyğunlaşma əsas prioritetlərimizdən biridir. Əvvəllər Azərbaycanda hər il təxminən 10-20 daşqın hadisəsi baş verirdisə, bu gün həmin rəqəm dəfələrlə artıb".

O qeyd edib ki, iqlim dayanıqlığını gücləndirmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi milli su strategiyası və digər dövlət inkişaf proqramlarına uyğun şəkildə fəaliyyət göstərir:

"Bizim fəaliyyətimiz təmiz su, iqlim fəaliyyəti və ətraf mühitin qorunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər