Xəstəxananın baş direktoruna cinayət işi açıldı

Xəstəxananın baş direktoruna cinayət işi açıldı
Sosial 248

"Hacıqabul rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib.

Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Prosesə hakim Aqil Musayev sədrlik edəcək.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər