Xəstəxanada səs-küy salan həkim 100 manat cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, xəstəxananın həkim-stomatoloqu 1985-ci il təvəllüdlü Rəsul Kərimov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Məlum olub ki, həkim iş vaxtı xəstəxananın mühafizəçisinə davranışları ilə bağlı söz atıb və aralarında münaqişə yaranıb. Münaqişə zamanı təhqiramiz ifadələr işlədilib.
Mühafizəçinin şikayəti əsasında stomatoloq barəsində tədbir görülüb və o saxlanılıb.
Saxlanılan həkim daha sonra Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu 100 manat cərimə edərək sərbəst buraxıb.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...