Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm sayının artmasına səbəb ola bilər - TƏBİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bir çox insan ailə üzvlərindən koronavirus olmasını gizlədir.
BAKU.WS-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, xəstə sayı artdıqca xəstəxanalarda yer tapmaqda çətinliklər ola bilər. Bu zaman xəstə olan şəxslər evdə müalicə olunacaqlar:
"Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm sayının artmasına səbəb ola bilər. Ona görə də vətəndaşlarımız bu xəstəliyə ciddi yanaşmalı, lazımi qaydalara əməl etməlidirlər".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...