Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni əməliyyat olundu - FOTO

Müğənni Sevda Əliqızı əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib.
O uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətçini xəstəxanada ziyarət edib.
"Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən də bütün günü əsəb, stres içində yaşayan insanlar daha çox səhhətləri ilə bağlı problemlər yaşayırlar. Əsrin bəlası olan xərçəng də hər addımda insanları yaxalayır, onlara həyatı dar edir.Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Çünki artıq neçə illərdir ki, ona üsyan edirəm. Bu gün belə bir iradəyə sevilən müğənni Sevda Əliqızının da ehtiyacı var. Sevda xanımın qorxduğu əməliyyat peşəkar həkim tərəfindən uğurla həyata keçirilib”.
Xatırladaq ki, sənətçi uzun müddətdir süd vəzi xərçəngindən əziyyət çəkir.

Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
