XƏBƏRDARLIQ! Hava kəskin dəyişir - Bu tarixə qədər YAĞIŞ YAĞACAQ
Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
"Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək",- deyə əlavə edilib.
Oxşar xəbərlər
Gəncə terrorunda hər iki valideynini itirən Sevil Əliyeva ana oldu
Gəncə terrorunda hər iki valideynini itirən Sevil Əliyeva ana olub. BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşım edib...