XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin PİSLƏŞİR, temperatur 10-15° DÜŞÜR

Hava şəraitinin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinidən BAKU.WS-ə verilən məlumata görə ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.
Oxşar xəbərlər
Biləcəri parkında ağaclar kütləvi kəsilib?
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağacları kütləvi şəkildə məhv edirlər. Bu barədə qəsəbə sakinləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veri...
