XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin PİSLƏŞİR - QAR YAĞACAQ
Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 8-də yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Oxşar xəbərlər
Payızda bu bürclərin sağlamlığına diqqət yetirməsi tövsiyə olunur
Payız aylarında hava şəraitinin dəyişməsi bəzi bürclər üçün sağlamlıq baxımından daha həssas dövr ola bilər. Astroloji proqnozlara görə, xüsusilə Qoç, Əkizlər,...