Xarici taksi şirkətləri casusluq edir? - VİDEO

Xarici taksi şirkətləri casusluq edir? - VİDEO
Video
Sosial 153

Beynəlxalq taksi şirkətləri Azərbaycan qanunvericiliyini pozur.

Söhbət bu şirkətlərin xidmətlərindən istifadə edərkən müştərilərin qeydiyyat zamanı təqdim etdiyi fərdi məlumatlarının ölkə xaricində yerləşən məlumat bazalarında toplanmasından gedir.

Azərbaycanda mövcud olan "Fərdi məlumatlar haqqında qanun"a əsasən isə həmin informasiyanın ölkə xaricinə çıxarılması yolverilməzdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov “Xəzər Xəbər”ə bildirib ki, məsələ ilə bağlı taksi şirkətləri ilə görüş keçirilib. Şirkətlərə qanunun tələblərinə riayət edilməsinin vacibliyi çatdırılıb.

Şirkətdən vurğulanıb ki, onlar müştəridən xüsusi qorunmalı olan hansısa məlumat tələb etmirlər.

Taksi şirkətləri ilə iclasda başqa mövzular də müzakirə olunub. Qeyd olunub ki, taksi minik avtomobilləri yalnız 3 müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri də yerləşdirilməlidir.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyyə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər