Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub

Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub
Foto
Sosial 0

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün səhər saatlarında Şuşada inşa edilən məscidi (Yeni Şuşa) ziyarət ediblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, nümayəndə heyəti şəhərin sərvətinə çevrilməsi nəzərdə tutulan yeni obyektin inşasının gedişatı ilə tanış olub.

Qeyd edək ki, Yeni Şuşa məscidinin təməli 2021-ci ildə qoyulub.

Xatırladaq ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər