Xaricdən Azərbaycana orqan gətirilməsinə dair qayda hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının təşkili, donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının fəaliyyəti və transplantasiya məqsədilə donor orqanların idxalı və ixracına dair qayda ilə bağlı müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.
T. Musayev deyib ki, Nazirlər Kabineti bu qaydaları qısa müddətdə təsdiqləyəcək.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı SƏRƏNCAM
Baş nazir Əli Əsədov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərman...