Xanım direktorun fotosu müzakirələrə səbəb oldu

Xanım direktorun fotosu müzakirələrə səbəb oldu
Sosial 5671
Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. “Qafqazinfo” xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib.Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb.Şəbəkə istifadəçiləri xanım direktor Arzu Alzadənin bu vəzifəni icra etmək üçün çox gənc olduğunu vurğulayıblar.“Qafqazinfo” bu məqamda Arzu Alzadə ilə əlaqə saxlayıb. Məlum olub ki, Arzu xanımın təcrübəsi və yaşı kifayət qədərdir.O, təhsil sahəsində 20 ildir ki, fəaliyyət göstərdiyini bildirib:“Mənim 20 il pedeqoji stajım var, yazıldığı kimi elə də gənc deyiləm, 1976-cı ildə doğulmuşam. Allahın verdiyi simadır. 20 və 22 nömrəli məktəblərdə dərs demişəm, Sumyayıt şəhər Təhsil Şöbəsində işləmişəm.İmtahanda 68 bal toplayaraq 25 nömrəli məktəbə direktor təyin olunmuşam”. A. Alzadə Həmçinin qeyd edib ki, Qafqaz Universitetinin təşkil etdiyi “Məktəb direktorlarının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirib və müzakirələrə səbəb olan foto da həmin kursda çəkilib.BAKU.WS

Oxşar xəbərlər

20 nömrəli məktəb belə olacaq (FOTO)

20 nömrəli məktəb belə olacaq (FOTO)

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir....

5519 Sosial 14:41 21 iyul 2017

Son xəbərlər