Xankəndidə səyyar ASAN xidmət təşkil olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Xankəndi şəhərində təşkil edilib.
Bu barədə BAKU.WS-ə agentlikdən məlumat verilib.
Bildirilib ki, iyulun 23-dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.
Məlumatda qeyd olunub ki, əsas məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır.
Qeyd edək ki, bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.
Qalereya
Oxşar xəbərlər
Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər
Binəqədi rayonu, 28 May qəsəbəsinin Dostluq küçəsində kanalizasiya problemi sakinlərin ciddi narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən s...