Xaçmazda sürücüləri təşvişə salan problem
Xudat-Yalama avtomobil yolunun Xudat şəhərindən keçən hissəsində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Yol infrastrukturu yenidən qurulsa da, hərəkət zolağında saxlanılan iki irigövdəli ağac nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə törədir.
Sürücülərin sözlərinə görə, həmin ərazidə qəza riski kifayət qədər yüksəkdir.
"Ağacların burada qalması böyük təhlükə yaradır. Yanacaqdoldurma məntəqəsindən maşınlar çıxır. Hər hansı avtomobil ötmə əməliyyatı aparmaq istəsə, bu, birbaşa ölümlə nəticələnə bilər", - deyə sürücü Şıxmurad Əlimuradov narazılığını bildirib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?
Balıq kürüsü yüksək qida dəyəri, zəngin vitamin tərkibi və faydalı xüsusiyyətlərinə görə ən qiymətli ərzaq məhsullarından hesab olunur. Lakin son vaxtlar bazarl...