“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur “WhatsApp” messencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, messencerdə dərc olunan statuslar birbaşa “Facebook” sosial şəbəkəsində görünə biləcək.
Seçimi “status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq “Facebook”un “hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.
Funksiyanın gələcəkdə “Instagram” üçün də tətbiq olunması planlaşdırılır.
Funksiya hazırda “WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq.//oxu.az
Oxşar xəbərlər
"WhatsApp"da yeni funksiya tətbiq olunur - FOTO
"WhatsApp"ın tərtibatçıları messencer üçün yeni funksiyanı açıqlayıblar. Bu "WhatsApp"ın Android üçün olan 2.23.3.4 beta versiyasında üç yeni funksiya ilə yenil...