“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK
Sosial 908

“WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər.

Belə ki, istifadəçinin söhbəti tərk etməsi barədə bildirişi yalnız administratorlar alır. Digər qrup üzvləri artıq bu barədə bildirişləri görə bilmirlər.

Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur. Lakin gələcəkdə o, Android və iOS cihazları üçün də tətbiq olunacaq. Qrup söhbətlərindən məxfi çıxış xidmətinin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı barədə məlumat verilmir.

Oxşar xəbərlər

“WhatsApp”a yeni funksiya əlavə edilib

“WhatsApp”a yeni funksiya əlavə edilib

“iPhone” smartfonları üçün “WhatsApp” messencerinin son versiyasında yeni funksiya əlavə edilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “9to5Mac”...

345 Sosial 11:31 24 aprel 2022

Son xəbərlər