"WhatsApp"da daha bir yenilik
Yeniliklərdən dərhal xəbərdar olun
"Lottie" kitabxanasından animasiyalı emojilərin "WhatsApp" messencerində görünəcəyi bildirilib. Nümunə olaraq da bir şənliyi simvolizə edən papaqlı emoji göstərilib.
BAKU.WS xəbər verir ki, "WABetaInfo" portalının redaktorlarının müəyyən etdiyi kimi, yenilikdə ən azı altı animasiyalı emoji görünəcək.
Belə ki, gələcəkdə "WhatsApp"da gülən üz, yüksək səslə ağlayan üz, gözyaşı olan üz, ağzı açıq üz, qırmızı ürək və atəş animasiyaları göndərilə biləcək.
"WABetaInfo" hesab edir ki, bu xüsusi emojilərin seçilməsi onların istifadəçilər arasında yüksək populyarlığı ilə bağlıdır.
Portal onu da qeyd edib ki, animasiya yazışmalardan yayındırdığı üçün bütün istifadəçilər bəyənməyə bilər.
Bu funksiya hələ inkişaf mərhələsindədir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...