"WhatsApp"a yeni funksiyalar və təkmilləşmələr gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
"WhatsApp" mesajlaşma tətbiqinin tərtibatçıları proqrama bir sıra yeni funksiyalar və təkmilləşmələr əlavə edən böyük yeniləməni elan ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin bloqunda məlumat verilib.
Beləliklə, istifadəçilər artıq təkcə videozənglər üçün deyil, həm də çatlarda şəkil və video yaratmaq üçün istifadə edilə bilən 30 yeni fon, filtr və kamera effektinə çıxış əldə ediblər.
Həmçinin öz selfiləri əsasında stikerlər yaratmağa imkan verən funksiya da əlavə edilib. Bunun üçün stiker nişanına vurmaq, "Yarat" seçimini seçmək və şəkil çəkmək kifayətdir.
Bundan əlavə, istifadəçilər bəyəndikləri stiker dəstlərini birbaşa çatda həmsöhbətləri ilə paylaşa və mesajlara iki dəfə vurmaqla reaksiya verə bilərlər, bundan sonra mesaja tez-tez istifadə olunan reaksiyalardan biri əlavə olunacaq.
Funksiya artıq "Android" istifadəçiləri üçün mövcuddur və tezliklə "iOS"da da əlçatan olacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...