Virus mövsümünə hazırlaşmağın əsas yolları AÇIQLANDI

Orqanizmi virus mövsümünə hazırlamağın əsas yolları peyvənd və sağlamlığa diqqət yetirməkdir.
BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru"ya terapevt Aleksandr Novikov məlumat verib.
Mütəxəssis, xəstəliklərin artması başlamazdan əvvəl sentyabr-oktyabr aylarında qrip peyvəndinin vurulmasını tövsiyə edir. Həmçinin, COVID-19-a qarşı hər 6-12 aydan bir revaksinasiyanın və pnevmoniya, boğmaca əleyhinə peyvəndlərin vacibliyini xatırladıb.
Novikov xüsusilə pnevmokok peyvəndinə diqqət yetirir, çünki bir çox pasiyentlər bu peyvəndi lazımsız hesab edirlər. Halbuki bu peyvənd pnevmoniya, meningit, sepsis və otit kimi təhlükəli xəstəliklərdən qoruyur. Bu peyvənd xüsusən 50 yaşdan yuxarı şəxslər, siqaret çəkənlər və xroniki xəstəlikləri olanlar üçün vacibdir.
"İmmuniteti gücləndirmək üçün yaxşı yuxu, düzgün qidalanma və fiziki aktivlik də mühümdür. Tərəvəz və meyvələr vitamin çatışmazlığını aradan qaldırır və antioksidant kimi təsir göstərir",-deyə Aleksandr Novikov əlavə edib.
Həkim, ictimai nəqliyyatdan və insanların çox olduğu yerlərdən sonra antiseptikdən istifadə etməyi, həmçinin sıxlıq olan məkanlarda maska taxmağı tövsiyə edir.
Oxşar xəbərlər
Sabah üç rayonda qaz olmayacaq
Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Az...
