Vilayət Eyvazov rəisi işdən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.
BAKU.WS bakupost-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub.
Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.
Oxşar xəbərlər
Daxişi İşlər Nazirinin işdən çıxardığı polis əməkdaşları - SİYAHI
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev işdən çıxarılıb. BAKU.WS xəbər verir...