Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
25
fev
2023
14:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev işdən azad edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Artıq sözügedən vəzifəyə yeni təyinat da reallaşıb. Belə ki, nazirin digər əmri ilə Sumqayıt Şəhər Pois İdarəsinin rəis müavini, polkovnik Rauf Babaşov Yardımlı RPŞ-nin rəisi təyin olunub.
Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.
Oxşar xəbərlər
Oruc Zalov təqaüdə göndərilib, daxili işlər nazirinə yeni müavin təyin olunub - FOTO - YENİLƏNİB
Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub. BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətb...