Vətəndaşlara "Azərpoçt"un adından saxta mesajlar göndərilir
Yeniliklərdən dərhal xəbərdar olun
Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir.
BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, dələduzlar Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin adından müxtəlif nömrələr vasitəsilə elan platformalarında məhsul yerləşdirən vətəndaşlara saxta mesajlar göndərir və guya həmin məhsulu almaq istədiklərini bildirirlər.
Məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatlarını və digər şəxsi məlumatları daxil etmələri tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.
ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, istənilən qurumun adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.
Qalereya
Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...