Vətəndaşın evi qanunsuz sökülüb?
Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Görədil bağ massivində yerləşən evinin heç bir xəbərdarlıq edilmədən dağıdıldığını bildirir.
Baku TV-nin məlumatına görə, o, baş verənlərdə Binəqədi Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məsul hesab edir.
Şikayətçinin sözlərinə görə, ona ərazinin 2040-cı ilin Baş Planına uyğun olaraq iaşə obyektləri üçün nəzərdə tutulduğu bildirilib. B.Alışov mülkiyyət hüququnu qorumaq üçün məhkəməyə müraciət edərək qalib gəldiyini vurğulayıb. B.Alışov mülkiyyət toxunulmazlığı hüququna istinad edərək heç bir qurumun onun evinə toxunmaq səlahiyyətinin olmadığını qeyd edib. Şikayətçi bildirib ki, rəsmi qurumlar söküntüdə iştirak etmədiklərini desələr də, ərazidə işləyən traktorların, maşın nömrələrinin və şəxslərin fotoları mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən ərazi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən, çoxfunksiyalı ictimai-işgüzar zonasında yerləşdiyindən həmin ünvanda fərdi yaşayış evi tikilməsi məqsədəuyğun hesab edilməyib:
"Həmçinin Bəhruz Alışovun müraciəti müsbət təmin edilmədiyindən o, iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırda məhkəmənin icraatında inzibati işlərə baxılır. Bəhruz Alışov Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilərək şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri ona ətraflı izah edilib".
Oxşar xəbərlər
Birgünlük ziyarətçilərin Azərbaycanda xərcləri 25 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 723 min 222 turistdən 21 min 898 nəfəri birgünlük ziyarətçi olub. BAKU.WS report-a istina...