Vətəndaşlara qaz pulu borcu artıq yazılır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sakinlər istifadə etdikləri qaza görə artıq ödəniş çeki gəldiyini iddia ediblər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, etiraz edən şəxslərin evlərindəki sayğaclar mexanikdir və aylıq ödəniş əvvəlki aylara nisbətən çox gəlib.
Vətəndaşlardan biri iddia edib ki, Azəriqaz tərəfindən qaz sərfiyyatına görə 400 manat ödəniş gəlib.
Məsələ barədə SOCAR-ın Azəriqaz İstehsalat Birliyi ilə əlaqə saxlanılıb.
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, belə yüksək məbləğdə ödənişin gəlməsi barədə məlumat düzgün deyil:
“Əgər vətəndaş şübhəlidirsə, bunu onunla birlikdə araşdıra bilərik. Abonent bizim quruma müraciət etsin, onun evindəki sayğacı götürək və öz iştirakı ilə yoxlansın. Bütün sərfiyyatı vətəndaşa göstərək”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...