Vətəndaşdan klinikadakı müalicə ilə bağlı şikayət: Həkimin iynədən təkrar istifadə etdiyi deyilir

Vətəndaşdan klinikadakı müalicə ilə bağlı şikayət: Həkimin iynədən təkrar istifadə etdiyi deyilir
Video
Sosial 57

Nəsimi rayonunda yerləşən Bioloji Təbabət Klinikası ilə bağlı ciddi iddialar irəli sürülüb.

Baku TV-nin qaynar xəttinə müraciət edən Elyar Musayev bildirib ki, həyat yoldaşı Fəridə Musayeva boyun və sinə nahiyəsində yaranmış yırtıqla əlaqədar müalicə almaq üçün sözügedən klinikaya müraciət edib.

Şikayətçinin iddiasına görə, müalicə zamanı həkim Ülviyyə Səlimova tərəfindən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş iynədən təkrar istifadə olunub. Bundan sonra həyat yoldaşına virusun yoluxduğu müəyyən edilib.

Fəridə Musayevanın vəziyyətinin hazırda orta ağır olduğu və müalicəsinin başqa klinikada davam etdirildiyi bildirilir.

Şikayətçi hadisə ilə bağlı əllərində videogörüntülərin və səs yazılarının olduğunu da iddia edib. Onun sözlərinə görə, həmin səs yazılarında həkimin əlcəksiz və maskasız işlədiyini etiraf etdiyi eşidilir.

Elyar Musayev bildirib ki, hadisədən sonra həkimə və klinika rəhbərliyinə dəfələrlə müraciət olunsa da, onlara lazımi dəstək göstərilməyib. Bundan başqa, şikayətçi məsələni ictimailəşdirmək istədikdən sonra müxtəlif təhdidlərlə üzləşdiyini qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər