Vətən müharibəsinin daha bir şəhidinin övladı dünyaya gəlib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 44 günlük müharibə zamanı şəhid olan Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qubat Əliyevin ikinci övladı dünyaya göz açıb. Körpəyə atasının adı verilib, onun səhhəti yaxşıdır.
Qeyd edək ki, Q.Əliyev ötən ilin sentyabrında könüllü olaraq müharibəyə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azad edilməsində yaxından iştirak edib. Bir sıra ağır əməliyyatlarda şücaət göstərib. Q.Əliyev Xocavənddən “Qırmızı bazar” istiqamətində gedən zaman, Şuşa ərazisində qəhrəmancasına şəhid olub.
Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...