Vətən müharibəsi mövzusu qəbul imtahanına daxil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bəyan edib ki, qəbul imtahanları üçün bir sıra mövzular ixtisar edilib və tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib.
BAKU.WS xəbər verir ki, DİM sədri mövzu ilə bağlı mətnin “Abituriyent” jurnalının ikinci sayında dərc olunacağını bildirib.
"Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik", - deyə Məleykə Abbaszadə vurğulayıb.
Oxşar xəbərlər
DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı
Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust tarixlərində qəbul imtahanları keçiriləcək. DİM-dən BAKU.WS-ə verilən məlumata görə, imtahanlar avqustun 20-də 16...