Vətən müharibəsi bitəndən indiyədək 500-ə yaxın şəxsə aid meyit qalığı aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il noyabrın 10-dan avqustun 18-dək I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 500-ə yaxın şəxsə aid meyit qalığı aşkar edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
"Onlardan 120-si Üçtərəfli bəyanatdan sonra ermənilər tərəfindən qarışıq halda təqdim edilmişdir. Mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində məlum olmuşdur ki, bu qalıqlar bütün normalar pozularaq, kobud və qeyri-peşəkar şəkildə qazılaraq çıxarılmış və qarışıq halda kisələrə yığılaraq təhvil verilmişdir. Ermənilərin insan qalıqlarına bu cür münasibəti həmin qalıqların eyniləşdirilməsində ciddi çətinliklər yaradır", - o, bildirib.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...